Qızlardan ibarət Azərbaycan yığmasının heyəti açıqlandı

  • By admin
  • 23 Oktyabr 2017 17:38

futbol

19 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının heyəti açıqlanıb.

Gununsesi.info-nun apasport.az-a istinadən verdiyi məlumata görə, Avropa çempionatının seçmə mərhələsində çıxış edəcək komanda 20 futbolçu ilə mübarizə aparacaq.

Baş məşqçi Vüqar Əsgərli seçmə oyunlarında Nigar Abdulova (“Qəbələ”), Sudə Topçu, Öznur Tas (hər ikisi “1207 Antalya Döşəməaltı Bələdiyyə Spor”, Türkiyə), Pəritan Bozdağ, Firəngiz Teymurova (hər ikisi “Konak Bələdiyyə Spor”, Türkiyə), Ayşən Əhmədova, Vüsalə Seyfətdinova, Rövşanə Sərdarlı (hamısı ”Gənclik”, Şəki), Cəmilə Hüseynova, Aytən İbadova (hər ikisi “Qubek”, Balakən), Həqiqət Qasımova (“Təhsil”, Bakı), Vüsalə Hacıyeva, Arzu Əliyeva (hər ikisi “Sumqayıt”), Dilgə Uyğun, Mərvə Özdemir (hər ikisi “Ayntraxt”  Frankfurt, Almaniya), Nino Qurqenidze Martve (“Kutaisi”, Gürcüstan), Muazəz Yağmur (“Özkumru Konak Bələdiyyə Spor”, Türkiyə), Çağla Miray (“Kanpara Herta-03 Zehlendorf”, Berlin,Almaniya), Ülkü Özdemir, Hatice Özdemirə (hər ikisi “Montabaur”, Almaniya) güvənəcək.

Qeyd edək ki, yığmamız seçmə mərhələdəki matçlarını oktyabrın 25-də, 28-də və 31-də keçirəcək. Millimizin çıxış edəcəyi 4-cü qrupun oyunlarında meydan sahibi Albaniya, həmçinin Ukrayna ilə İspaniya qüvvəsini sınayacaq.

Gununsesi.info