“Qızlarımız kimlə sevgili olub-olmayacaqlarını özləri seçə bilərlər”  - Peskov

  • By admin
  • 16 İyun 2018 13:01

“Qızlarımız kimlə sevgili olub-olmayacaqlarını özləri seçə bilərlər”

“Rus qadınları dünyanın ən yaxşısıdır. Qızlarımız ölkəmizə gələn qonaqlardan kimlə sevgili olub-olmayacaqlarını özləri seçə bilərlər”.

Gununsesi.info xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov dünya çempionatı ilə bağlı səsləndirilən fikirlərə düzəliş edən zaman deyib.

Parlamentin Qadın, ailə və uşaq komitəsinin sədri Tamara Pletnyovanın qadınları xarici kişilərlə əlaqə qurmamağa səsləməsinin yanlış olduğunu bildirən Peskov çempionatda irqi ayrı-seçkiliyə yer olmadığını vurğulayıb: “Bizim qadınımız nə edəcəyini, kimi seçəcəyini yaxşı bilir. İrqcilikdən uzaq olmaq lazımdır. Bu sözlərim də Çempionatın şüarı olsun”.

Millət vəkili Mixail Deqterev də Peskovun fikirlərinə dəstək olaraq qızları ölkəyə gələn kişilərə aşiq olmaqdan qorxmamağa çağırıb: “Düzgün münasibət xoşbəxtlik gətirir. Uşaq nə qədər çox olarsa, həyat o qədər yaxşıdır”.