Qlobal bazarlarda müharibə əndişəsi: Qiymətlər dəyişdi

  • By admin
  • 09 Oktyabr 2023 16:08

HƏMAS-İsrail müharibəsinin iqtisadiyyat və bazarlara mümkün təsirləri maraqla qarşılanır. Qlobal bazarlarda müharibə ilə bağlı narahatlıq müharibənin təsiri qlobal bazarlarda hiss olunur.

Gununsesi.info xəbər verir ki, neftin qiyməti birdən-birə 4 faiz bahalaşıb, dünyada qızıl və dollar dəyər qazanıb. Bu arada İsrail öz valyutasının ucuzlaşmasının qarşısını almaq üçün 30 milyard dollarlıq valyuta satışı proqramı elan edib.

Müharibə qlobal bazarların gündəminə təsir edib. Ən böyük təsir neft qiymətlərində müşahidə olunub. Brent markalı neftin bir barelinin qiyməti 4 faiz artaraq 88 dollar olub.

Hər iki tərəfdə neft hasilatı yoxdur. Müharibənin daha da genişlənəcəyi ilə bağlı narahatlıq qiymət artımında rol oynayıb.

İnvestorlar təhlükəsiz sığınacaq kimi gördükləri qızıl və dollara üz tutublar. Dollar indeksi 107 səviyyəsinə yaxınlaşıb.

Səid Əhmədli
Gununsesi.info