Qlobal iqlim dəyişikliyi məsələlərinin müzakirəsi davam edir

lmaniya Federativ Respublikasının Bonn şəhərində 5-15 iyun tarixlərində keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının köməkçi orqanının tədbiri çərçivəsində Azərbaycan nümayəndə heyəti ilə ikitərəfli görüşlər davam edir.

Gununsesi.info xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiri Emin Qarabağlı bildirib ki, Çexiya nümayəndə heyətinin sədri cənab Yan Dusik ilə görüş zamanı qlobal iqlim dəyişmələri, iki ölkə arasında ətraf mühitin mühafizəsi sahəsində mövcud əməkdaşlıq və gələcək planlar müzakirə olunub.