Qlobal istiləşmə nəticəsində göbələklər mutasiya edə bilər

Dyuk Universitetinin mikrobioloqları qlobal istiləşmənin göbələkləri bəşəriyyət üçün daha təhlükəli edəcəyi barədə xəbərdarlıq ediblər.

Patogen göbələklər zəifləmiş immunitet sistemi olan insanlar üçün ən təhlükəli hesab olunur. İnsan bədəninin istiliyinə dözə bilmədiyi üçün əksər insanlar üçün təhlükə yaratmırlar. Lakin alimlərin fikrincə, qlobal istiləşmə bunu düzəldə bilər. Çünkü qlobal istilişmə göbələklərin evolusiyasına gətirə bilər. Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki , bu haqqda məlumatı PNAS elmi jurnal bildirib.

Alimlər yüksək temperaturun Cryptococcus deneoformans kimi tanınan patogen göbələyin mutasiyaya uğramasına səbəb olduğunu sənədləşdiriblər. Bəzi dəyişikliklər istilik müqavimətinin artması ilə nəticələnə bilər, digərləri isə xəstəlik potensialını artıra bilər.

“Bu xəbər kordiseps göbələyinin istiyə uyğunlaşdığı və insanları zombilərə çevirərək yoluxdura bildiyi yeni HBO serialı The Last of Us tamaşaçılarının marağına səbəb ola bilər. İmmunitet sistemi zəifləmiş və ya əlavə xəstəlikləri olan insanların sayının artması səbəbindən göbələk xəstəliklərinin sayı artır. Temperatur yalnız bu tendensiyanı sürətləndirəcək”, – deyə alimlər yekunlaşdırıblar.

Alimlər göbələklərin insandan insana keçən infeksiya olmadığını deyiblər. Bununla belə, göbələk sporları havada olur və biz onları daim nəfəs alırıq. İmmunitet sistemimiz onlarla mübarizə aparmağa qadirdir.

Gələcəkdə alimlər təkrar göbələk infeksiyası keçirmiş insanlardan patogenləri araşdırmağı planlaşdırıblar.