Qlükoza Bodruma vurulub - "UNUDULMAZDIR. MÖHTƏŞƏM DƏNİZ, LƏZİZ YEMƏK, HƏR ZAMAN BOL GÜNƏŞLİDİR"

  • By admin
  • 19 Aprel 2017 08:12

qlukoza

Rusiyanın məşhur müğənnisi, Qlükoza ləqəbi ilə tanınan Natalya İonova istirahət üçün Bodruma gedib.

Gununsesi.info muztv-yə istinadən xəbər verir ki, tətil zamanı çəkilmiş fotolarını İnstaqram hesabında paylaşan müğənni istirahət üçün izləyicilərinə Türkiyəni məsləhət görüb:

“İsti hava üçün darıxmışdım. Məncə, bu qış uzun keçdi. Düzünü desəm, bu yay hara gedəcəyimi düşünürəm. Çoxu buradan, yəni Bodrumdan razıdır. Etiraf edirəm ki, Türkiyədə tətilə getdiyim ilk yerdir. Unudulmazdır. Möhtəşəm dəniz, ləziz yemək, təyyarə ilə heç uzaq da deyil. Hər zaman bol günəşlidir. Bodrum həyatımın ilki olacaq. Bir sözlə, möhtəşəm”.

Gununsesi.info