QMİ Həcc ziyarətinin qiymətinin artmasının səbəblərini açıqladı- "YANACAĞIN QİYMƏTİ ARTIB"

QMİ Həcc ziyarətinin qiymətinin artmasının səbəblərini açıqladı

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bu il Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarlar üçün qiymətin artırılmasının səbəbini açıqlayıb.

Gununsesi.info xəbər verir ki, idarənin məsul nümayəndəsi, Azərbaycanın Həcc missiyasının üzvü Həmdulla Babayev “report”a açıqlamasında deyib ki, əsas səbəb Səudiyyə Ərəbistanında bəzi xərclərin, o cümlədən yanacağın qiymətinin artmasıdır: “Bunlar Həcc ziyarətinin qiymətinə təsirsiz ötüşməyib. Keçən il Həcc evləri tutulmuşdu, hansı ki, ora otel deyildi. Bu il isə 1000 nəfərlik otel götürülüb”.

Xatırladaq ki, QMİ-nin Həcc şöbəsi hər gün səhər saat 09.00-dan axşam saat 18.00-dək fasiləsiz işləyir.

Qeyd edək ki, bu il Həcc ziyarəti üçün qiymət 4150 dollar müəyyən edilib. Həcc ziyarəti üçün Azərbaycana 1200 kvota ayrılıb. Əgər müraciət edənlərin sayı çox olsa, kvota sayı 2000-ə qədər artırıla bilər.

Gununsesi.info

COMMENTS