QMİ “İslam həmrəyliyi ili” çərçivəsində bir neçə ölkədə tədbirlər keçirəcək

  • By admin
  • 22 Avqust 2017 11:00

qmi

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Azərbaycanda “İslam həmrəyliyi ili” çərçivəsində Türkiyə, Rusiya, Özbəkistan, İspaniya və Mərakeşdə bir sıra tədbirlər keçirməyi planlaşdırır.

QMİ-dən Gununsesi.info-ya verilən məlumata görə, adıçəkilən ölkələrlə birgə keçirilməsi nəzərdə tutulan tədbirlər ilin sonunadək baş tutacaq.

Bildirilib ki, QMİ əvvəllər də Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi, habelə digər yerli və xarici təşkilatlarla birgə təkçə Azərbaycanda deyil, həmçinin xarici ölkələrdə bir sıra beynəlxalq əhəmiyyətli tədbirlər keçirib. Belə ki, ötən il İspaniyada, bu ilin mart-aprel aylarında Bakıda, Finlandiyada, avqust ayında isə İranda beynəlxalq konfranslar keçirilib.

Gununsesi.info