QMİ-nin sabiq sektor müdiri ona elan edilən ittihamla razılaşmayıb

  • By admin
  • 20 İyul 2016 10:35

elsen-mustafaogl

 

 

Bakı Ağır Cinayətlər Məhkəməsində Qafqaz Müsəlmanları İdarəsinin sabiq sektor müdiri, ilahiyyatçı və tanınmış jurnalist Elşən Mustafaoğlunun məhkəmə prosesi davam etdirilib.

Gununsesi.info-nun xəbərinə görə, prosesdə prokuror ittiham aktını elan edib, təqsirləndirilən şəxsin vəkili vəsatətlər qaldırıb. E.Mustafaoğlunun vəkili Əfqan Məmmədov müvəkkili barəsində həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini və dəmir barmaqlıqlar arxasından çıxarılaraq, müdafiəçisinin yanında əyləşdirilməsi ilə bağlı vəsatətlər qaldırsa da, lakin vəsatətlər təmin olunmayıb.

Bundan sonra ittiham aktını elan edilib. Elşən Mustafaoğlu elan edilən ittiham aktı ilə razılaşmadığını bildirib. Elşən Mustafaoğlu özünü təqsirli bilmədiyini, ittiham aktı onun günahkar olduğunu sübut edən heç bir konkret dəlil, sübut və faktın olmadığını deyib. O qeyd edib ki, günahkar olduğu sübut ediləcəyi və konkret faktlar göstəriləcəyi təqdirdə özünü təqsirli biləcək. Prosesi iyulun 26-da davam edəcək.

Qeyd edək ki, E.Mustafaoğlu ilk prosesdə ləğv edilmiş MTN-də ondan Allahşükür Paşazadə və Milli Qəhrəman Rövşən Əkbərovun əleyhinə ifadə verməsini istədiklərini söyləmişdi.

Xatırladaq ki, E.Mustafaoğlu 2014-cü ilin dekabr ayında həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi açılıb.

Gülnaz Qənbərli