Qobuda itlərin hücum etdiyi azyaşlı palataya köçürüldü

qobuda it parçalayan 9 yaşlı uşaq bu gün reanimasiyadan palataya köçürülüb.

Gununsesi.info xəbər verir ki, cavab olaraq Kliniki Tibbi Mərkəzin mətbuat xidmətinin rəhbəri Ruzbeh Məmməd məlumat verib.

“Azyaşlının vəziyyətində müsbət dinamika müşahidə olunur. Hazırda müalicəsi palata şəraitində davam etdirilir”, – deyə o qeyd edib.

Xatırladaq ki, martın 3-ü saat 17:37 radələrində “Qobu Park-3” yaşayış kompleksinin yaxınlığında it dişləməsi səbəbi ilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub. Azyaşlıda çoxsaylı, müxtəlif ölçülü dişlənmiş, cırılmış, əzilmiş və soyulmuş yaralar müşahidə edilib. Təcili olaraq əməliyyata götürülən azyaşlıya tibbi yardım göstərilib və Reanimasiya şöbəsinə yerləşdirilib.

 

 

Gununsesi.info