Əməkdar artist Firuz Xudaverdiyev dünyasını dəyişib.
Gununsesi.info bildirir ki, mərhumun ailəsindən APA-ya verilən məlumata görə, aktyor bu gün evində vəfat edib.
F. Xudaverdiyev bədxassəli şişdən əziyyət çəkirdi.
O, bu gün Qobu qəbiristanlığında dəfn olunacaq.
Qeyd edək ki, Firuz Xudaverdiyev 1939-cu ildə Bakının Qobu kəndində anadan olub.
O, Akademik Milli Dram Teatrının truppasına 1976-cı ildə qəbul olunub və müxtəlif dərəcəli obrazlar yaradıb.
Aktyor 2002-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülüb.
F. Xudaverdiyev 20-dən artıq filmdə, o cümlədən, “Pəncərədə işıq”, “Biz qayıdacağıq”, “Günaydın mələyim” və s. ekran əsərlərində çəkilib.
Gununsesi.info