Qobustanda ana və övladı dəm qazından boğulub

  • By ilhame
  • 03 Fevral 2024 21:47

Qobustan rayonunun Sündü kəndində ana və oğlu dəm qazından boğulub ölüblər.

 

Gununsesi.info xəbər verir ki, bədbəxt hadisə ana hamamda uşağını çimizdirərkən baş verib.

 

Belə ki, 1974-cü il təvəllüdlü Alcanova Mahirə və 2014-cü il təvəllüdlü Alcanov Əkbər Xanəkbər oğlu hamamda dəm qazından boğulub ölüblər.

Gununsesi.info