Qobustanın polis rəisi işdən çıxarıldı -ÖZƏL

  • By admin
  • 16 İyun 2016 19:27

 

ramil

Daxili işlər naziri general-polkovnik Ramil Usubovun əmriylə Qobustan rayon Polis Şöbəsinin rəisi Eminağa Zeynalov tutduğu vəzifədən azad edilib. Bu barədə gununsesi.info-ya DİN-dəki mənbələr məlumat verib. Məlumatda qeyd olunur ki, polis rəisinin “vurulmasına” səbəb işində yol verdiyi nöqsanlar, həmçinin, Qobustan əhalisinin onunla bağlı DİN rəhbərliyinə etdiyi şikayətlər olub.

İş gününün sonu olduğundan DİN-dən xəbərə aydınlıq gətirə bilməsək da Eminağa Zeynalovun özüylə danışa bildik. Ancaq sabiq polis rəisi işdən azad olunması ilə bağlı sualımızı cavablandırmaqdan imtina etdi. “Səhv nömrə aramısınız” deyən rəis telefonun dəstəyini asdı.

Qeyd edək ki, Eminağa Zeynalov barəsində mediada kifayyət qədər tənqidi materiallar dərc edilib.

 

Emin