Qobustanın rəisinin “vurulması” təsdiqləndi -1 AY ƏVVƏL GEDİB

  • By admin
  • 17 İyun 2016 14:05

 

Ramil Usubov

HTML tutorial

Gununsesi.info-nun Qobustanın polis rəisi Eminağa Zeynalovun daxili işlər naziri Ramil Usubovun əmriylə tutduğu vəzifədən azad edilməsi barədə xəbəri öz təsdiqini tapıb. DİN-in rəis müavini Ehsan Zahidov bununla bağlı əməkdaşımızın sorğusunu cavablandırıb. Onun sözlərinə görə, Eminağa Zeynalov  bir ay bundan əvvəl  tutduğu vəzifədən azad edilib”.

Ancaq DİN sözçüsü polis rəisinin işdən azad olunması ilə bağlı xəbərin indiyədək gizli saxlanması barədə bir söz deməyib.

Qeyd edək ki, gununsesi.info Daxili işlər naziri general-polkovnik Ramil Usubovun əmriylə Qobustan rayon Polis Şöbəsinin rəisi Eminağa Zeynalovun tutduğu vəzifədən azad edilməsiylə bağlı xəbəri dünən əldə edib.

Sabiq polis rəisi işdən azad olunması ilə bağlı sualımızı cavablandırmaqdan da imtina etmişdi. “Səhv nömrə aramısınız”-, deyən Eminağa Zeynslov  telefonun dəstəyini asmışdı.

Qeyd edək ki, Eminağa Zeynalov 2012-ci iləd Qobustan polis idarəsinə rəis təyin edilmişdi. Onun  barəsində mediada kifayyət qədər tənqidi materiallar dərc edilib.

 

Gülnaz Qənbərli