“Qoca”nın qaçdığına görə həbs olunan polkovnik BƏRAƏT İSTƏDİ

  • By admin
  • 07 Noyabr 2017 14:22

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Konvoy taborunun keçmiş komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayevin barəsində olan məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılıb.

Gununsesi.info xəbər verir ki, lent.az-ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə qərar elan edilib.

Hakimlər kollegiyasının qərarına əsasən polkovnikin apellyasiya şikayəti təmin edilməyib.

Xatırladaq ki, B.Abdullayevin barəsində Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmək) maddəsi ilə cinayət işi qaldırılıb. Nəsimi Rayon Məhkəməsində onun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb. Məhkəmə B.Abdullayevin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib. Həmin məhkəmə qərarından apellyasiya şikayəti verilmişdi.

Qeyd edək ki, oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə etap olunan xüsusilə ağır cinayətlərlə təqsirləndirilməklə həbs edilmiş Etibar Ələkbər oğlu Məmmədov və Əli Rasim oğlu Ağami Biləcəri qəsəbəsi ərazisində müşayiət altından qaçıblar.

Gununsesi.info