“Qoca”nın qaçışına görə həbs olunan qarovul rəisi vəkilindən imtina etdi

  • By admin
  • 12 Dekabr 2017 15:46

Xüsusi təyinatlı vaqondan qaçan iki məhbusa görə saxlanılan Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin qarovul rəisi Ceyhun Səmədov dövlət hesabına ona verilmiş vəkildən imtina edib.

Gununsesi.info apa-ya istinadən xəbər verir ki, o, müqavilə əsasında yeni vəkil tutub. Bundan sonra onun hüquqlarını vəkil Vilayət Nadirov müdafiə edəcək.

V. Nadirov artıq Bakı İstintaq Təcridxanasında C. Səmədovla görüşüb.

C. Səmədovun hüquqlarını indiyədək vəkil Şöhrət Allahmanov müdafiə edirdi.

Gununsesi.info