
Abşeron Rayon Polis İdarəsinə ərizə ilə müraciət edən bir qrup vətəndaş onlara məxsus mənzillərdən oğurluq edildiyini bildirib.
Gununsesi.info xəbər verir ki, Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsinin əməkdaşları keçirdikləri əməliyyat tədbirləri nəticəsində sözügedən oğurluğu törətməkdə şübhəli bilinən Beyləqan rayon sakini Cahangir Əliyev və Hökməli qəsəbə sakini Natiq Əlibalayevi saxlayıblar. Mənzillərdən oğurluq etmək fikri isə Cahangir Əliyevə “məxsus” olub. Oğurluğu daha çox axşamlar edən Cahangir Əliyev qəsəbədə yolla gedərkən evdə hec kim olmadığını dəqiqləşdirib sonra içəri daxil olurmuş. Daha sonra mənzillərdən götürdüklərini Natiq Əlibalayevin maşınına yükləyərək kirayə qaldığı evinə aparırmı. Sonra isə Biləcəri qəsəbəsində yerləşən daş bazarı kimi tanınan əraziyə apararaq orada satırmış.
Ancaq Cahangir Əliyevdən fərqli olaraq Natiq Əlibalayev özünü oğurluqda təsqirli bilmir. Onun sözlərinə görə, o, ancaq taksi sürücüsü kimi “fəaliyyət göstərib”, əşyaların isə oğurluq olmasından xəbəri olmayıb. 40 yaşlı Natiq Əlibalayev yalan ifadələrlə istintaqdan yayınmaq istəsə də, Abşeron polisinin əməliyyatçıları onun bu yalanını üzə çıxarıb.Saxlanılan şəxslər təxminən 2 ay ərzində rayon ərazisindən 30 dan cox mənzildən televizor, tikinti aparatı olan perafarator, istilik sistemi , qaynaq aparatı və.s oğurlayıblar. Oğurlanan əşyaların bir qismi satılsa da, qalan hissəsi hüquq- mühafizə orqanı əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb. Polis əməkdaşları onların oğurluq əməllərinin sayının cox olacağını da istisna etmirlər.
Faktla bağlı Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə cinayət işi başlanılıb.
Gununsesi.info