“Qoçu”nu keçmiş polis zabiti öldürüb - ABBAS ABBASOVUN QOHUMUNUN ÖLÜMÜNDƏ ŞÜBHƏLİ BİLİNƏN HƏLƏ DƏ AZADLIQDADIR

  • By admin
  • 09 Noyabr 2017 15:39

Qoca Quliyevin xanımı Gununsesi.info-ya danışdı

 

Xəbər verdiyimiz kimi bir neçə gün əvvəl Baş nazirin sabiq birinci müavini Abbas Abbasovun  “Qoçu” ləqəbli Qoca Quliyev adlı yaxın qohumu öldürülüb. Qeyd edək ki, Gəncədə baş verən olayda Qoca Quliyev ona məxsus restoranda küt altələ vurulub.

Gununsesi.info-nun araşdırması zamanı “Qoçu”nun ölümü ilə bağlı bir sıra məqamlar üzə çıxıb. Araşdırmamız zamanı bəlli olub ki, “Qoçu”nu hazırda təqaüddə olan Surxay adlı keçmiş polis əməkdaşı vurub. Hadisənin isə nə üçün baş verməsi bilinmir. Ancaq hər iki şəxsin bir -biri ilə qohum olduğu bəlli olub. Onlar arasında hansısa ədavətin olması barədə heç kəsdə məlumat olmayıb.

“Qoçu”nun qətlində şübhəli bilinən Surxay adlı  sabiq polis əməkdaşının isə həbs edilməməsi bir sıra suallara səbəb olub.

Gununsesi.info-ya açıqlamasında “Qoçu”nun həyat yoldaşı İlahə Quliyevə hər şeyin meyit üzərindəki ekspertizanın rəyindən asılı olacağını deyib: “İlkin məlumatlara görə, Surxay bunun yanına gələn zaman içkili olub. Bəziləri Qocanın da sərxoş olduğunu söyləyir. hadisə həyat yoldaşımın idarə etdiyi “Çinar” kafesində baş verib. Hələlik, ekspertizanın nəticəsini gözləyirik. istintaq şahidləri və Surxayı dindirir”. 

Gununsesi.info