Binəqədi rayon ərazisində Laçın rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı «Sarı qaya» pasionatında qonşu qonşunun evini qarət edib.
Gununsesi.info-nun məlumatına görə, “Sarı qaya” pansionatında məskunlaşan Ələsgər Bağırovun evindən oğurluq edilməsi barədə məlumatı Daxili işlər Nazirliyinin (DİN) 102 zəng mərkəzinə qonşusu İnqilab Həsənov verib. Polisə zəng vuran Həsənov bildirib ki, qonşusu Ələsgər ailəsi ilə birlikdə şəhərdə olsa da, qapısı açıqdır. Hadisə yerinə gələn Binəqədi rayon Polis İdarəsinin əməliyatçıları əl barmaq izləri götürüb ətrafda yaşayan qonşularla söhbətlər aparmaq qərarına gəlib. Araşdırmalar zamanı oğurluq hadisəsinin polisə zəng vuran İnqlab Həsənovun qızı Pərvanə gəlini Aysel və nəvəsi Cavid tərəfindən törədilməsi məlum olub. Cavid xalası Pərvanə və dayısı arvadı Aysel tərəfindən yoldan çıxarıldığını bildirib. Saxlanılaraq polisə gətirilən Pərvanə də törətmiş olduqları oğurluq hadisəsini ertiraf edib. Pərvanənin sözlərinə görə, qonşuluqda yaşayan Ələsgərin evində qızıl olduğunu ona qardaşı arvadı Aysel deyib. Bundan sonra onlar Ələsgər Bağırovun evinin boş qalmasını gözləyiblər. “Üçlük” əvvəlcə oğurladığı qızılları satmaq istəyib. Aysel oğurluq malı 3 yerə bölməyi təklif edib. Pərvanənin atası İnqlab Həsənov qonşunun qapısının açıq olduğunu görüb polislə əlaqə saxlayanda, “üçlük” oğurluq qızılı həytdə qumun altında basdırıb. Oğurluq qızılların harada basdırılmasını polisə Cavid Həsənov göstərib. Saxlanılan Cavidlə Pərvanə Həsənova şeytan tərəfindən aldadıldıqlarını bildirərək peşiman oluqlarını deyiblər.
Aşkar olunan faktla əlaqədar Binəqədi rayon Polis İdarəsində başlanan cinayət işi üzrə araşdırmalar davam edir.
Gununsesi.info