Qohumu DSX-nin əsgərinə narkotik gətirdi

Azərbaycanda hərbi hissəyə narkotik keçirilməsi faktı aşkar edilib.

Gununsesi.info Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinə istinadən xəbər verir ki, hadisə aprelin 16-da Sərhəd Qoşunlarının “N” saylı hərbi hissəsində keçirilən valideyn görüşü zamanı baş verib.

Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçu ilə görüşə gələn yaxın qohumunun əsgərə narkotik vasitə gətirdiyi aşkar olunaraq faktla bağlı qanunamüvafiq tədbirlər görülüb: “İlkin araşdırma zamanı hərbi qulluqçuya narkotik vasitəni gətirən şəxs barədə aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına və hərbi qulluqçunun valideynlərinə məlumat verilib”.

Fakt üzrə araşdırma tədbiri davam etdirilir.

 

Gununsesi.info