Qohumunu qətlə yetirən tutulub

  • By admin
  • 25 Yanvar 2017 11:10

qetl

Qohumunu qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub.

Yanvarın 24-də Şəki şəhərində yaşayan Seymur Süleymanov evində münaqişə zəminində qohumu, əvvəllər məhkum olunmuş Mehman Əsgərova bıçaqla xəsarət yetirib və M.Əsgərov hadisə yerində ölüb.

Şəki ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S.Süleymanov tutulub.

Anar

Gununsesi.info