“Qolu qızıma həsr etdim, ilk dəfə məni izləyirdi” - Kadi

  • By admin
  • 01 Oktyabr 2022 21:29

“Bu gün qol vurub qızıma həsr etdim. Hisslərimi necə ifadə edəcəyimi bilmirəm”.

Gununsesi.info xəbər verir ki, bu sözləri “Qarabağ”ın futbolçusu Kadi Borxes deyib.

O, Azərbaycan Premyer Liqasının 8-ci turunda “Neftçi” üzərində 3:1 hesablı qələbə qazandıqları oyunda vurduğu qoldan danışıb:

“Qızım ilk dəfə məni izləməyə gəlmişdi. Ümid edirəm ki, ona çoxlu qollar həsr edəcəm”.

Gununsesi.info