
Xankəndinə qurama respublikanın generallarından biri olan daha bir erməni hərbçi Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Gununsesi.info-nun xəbərinə görə, bu, general-leytenant Arşavir Qaramyandır. “Artsax Milli Qəhrəmanı” adına layiq görülmüş general Qaramyan tanınmamış respublikada bir sıra yüksək vəzifələri tutub.
Qeyd edək ki, bu gün səhər saatlarında hərbçi Levon Mnatsakanyan da saxlanılıb. O, 2015-2018-ci illərdə “Artsax”ın müdafiə naziri olub, daha sonra isə polis naziri olaraq fəaliyyət göstərib.
Elmar
Gununsesi.info