Qonşu ölkə koronavirusa yoluxmaya görə dünyada 5-ci yerdədir - SİYAHI

  • By admin
  • 07 May 2020 12:33

Rusiyada son sutka ərzində 11 231 koronavirusa yoluxma faktının aşkarlanması ilə ölkədə yoluxanların ümumi sayı 177 160-a çatıb. Bununla da RF virusa yoluxan ölkələrin statistikasında ilk dəfə beşinci yerdə qərarlaşıb.

Gununsesi.org-un xəbərinə görə, yeni yoluxmalar 84 regionda, xüsusilə Moskvada (6703 yoluxma) qeydə alınıb.

Bu günə qədər ölkədə 1625 nəfər COVID-19-dan vəfat edib. 23 803 nəfər sağalaraq evə buraxılıb.

Qeyd edək ki, dünyada 3 833 547 nəfər koronavirusa yoluxub. 265 210 nəfər xəstəlik səbəbindən həyatını itirib. 1 306 345 nəfər isə sağalıb.

 

 

 

Gununsesi.org