Qonşu ölkədə 194 nəfər Omicron ştamına yoluxub

  • By admin
  • 03 Yanvar 2022 18:17

İranda covıd-19-un Omicron ştamına yoluxanların sayı günü-gündən artır.

Gununsesi.info-nun məlumatına görə, bunu İranın səhiyyə nazirinin müavini Səid Kərimi deyib.

O bildirib ki, ölkədə koronavirusun Omicron ştamına yoluxanların sayı 194 nəfərə çatıb.

Nazirin sözlərinə görə, Omicrona yoluxmuş şəxs 2-3 gün ərzində digər şəxsləri də yoluxdura bilər.

Qeyd edək ki, bundan öncə İranda Omicron virusuna yoluxanların sayının 159 nəfər olduğu bildirilib.

 

Gununsesi.info