Qonşu ölkədə 2000-ə yaxın hərbçi koronavirusa yoluxdu

  • By admin
  • 13 May 2020 22:33

Rusiyada hərbçilər arasında koronavirusla bağlı keçirilən testlərin 1 666-sı müsbət olub. Hərbi təhsil müəssisələrindəki kursantların isə 1 244-ü COVID-19 infeksiyasına yoluxub.

Gununsesi.org xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, onlardan 378-i hərbi hospitallarda, 586-sı növbətçi məntəqədəki təcrid mərkəzlərində, 20-si digər xəstəxanalarda, 682 nəfər isə evdə müalicə alır.

Koronavirusa yoluxan hərbçilərdən ikisinin vəziyyəti ağır, 11-nin orta ağırdır. Bildirilib ki, müalicə alan 490 nəfər sağalıb.

 

 

Gununsesi.org