
Rusiyada son sutka ərzində 83 bölgədə daha 10 581 nəfərdə koronavirusa yoluxma faktının aşkarlanması ilə yoluxanların ümumi sayı 155 370-ə çatıb.
Gununsesi.org xəbər verir ki, bu barədə Rusiya hökumətinin koronavirusla mübarizə üzrə operativ qərargahının internet saytında açıqlama verilib.
Bildirilib ki, aktiv koronavirus xəstələrinin sayı 134 054 nəfər təşkil edir.
Ötən gün ərzində xəstəlik səbəbindən daha 95 nəfərin həyatını itirməsi ilə ölüm hallarının sayı 1 451-ə çatıb. Ümumilikdə 19 865 pasiyent isə sağalaraq evinə buraxılıb.
Qeyd edək ki, dünya üzrə 3 657 932 insan koronavirusa yoluxub, 252 562 nəfər isə vəfat edib.
Gununsesi.org