Qonşu ölkədə virusa yoluxanların sayı 700-ə çatır

  • By admin
  • 17 May 2020 11:02

Gürcüstanda koronavirusa yoluxanların sayı 12 nəfər artaraq 695-ə çatıb.

Gununsesi.org xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.

İndiyədək qonşu ölkədə COVID-19 virus infeksiyasından 425 nəfər sağalıb,12 nəfər isə vəfat edib.

Hazırda ölkə üzrə karantində 3 822, stasionar nəzarətdə isə 360 nəfər saxlanılır.

 

Qeyd edək ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

 

Gununsesi.org