Qonşu ölkədə daha 216 nəfər koronavirusdan öldü

  • By admin
  • 23 May 2021 14:18

İranda ötən sutka ərzində 216 nəfər koronavirusdan (COVID-19) ölüb.

Gununsesi.info xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 78 597 nəfərə yüksəlib.

İranda ötən sutka ərzində 8 631 nəfər koronavirusa yoluxub. Beləliklə ölkədə bu virusa yoluxanların sayı 2 832 518 nəfərə çatıb. Virus daşıyıcılarından 4 855 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Gununsesi.info