Qonşu ölkədə koronavirusa yoluxanların sayı 209 mini ötdü

  • By admin
  • 10 May 2020 13:27

Rusiyada son bir gündə 11 012 nəfərə koronavirus diaqnozu qoyulub.

Gununsesi.org-un Rusiya bürosu xəbər verir ki, bunu ölkənin Operativ Qərargahı açıqlayıb.

Məlumata görə, bununla da Rusiyada yoluxanların sayı 209 688 nəfərə, ölənlərin sayı 1 915-ə, sağalanların sayı isə 34 306 nəfərə çatıb. Hazırda ölkədə 243 000 nəfər COVID-19 şübhəsi ilə həkim nəzarətindədir.

Qeyd edək ki, Rusiyada koronavirusa ilk yoluxma faktı yanvarın 31-də qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

 

 

Gununsesi.org