Qonşu ölkədə koronavirusdan ölənlərin sayı 18 mini ötüb

  • By admin
  • 07 Avqust 2020 16:56

İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 156 nəfər vəfat edib.

Gununsesi.info-nun məlumatına görə, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İranda koronavirusdan ölənlərin sayı 18 132 nəfərə çatıb.

İranda son sutka ərzində koronavirusa 2 450 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 322 567 nəfərə çatıb.

İndiyədək xəstəlikdən 279 724 nəfər sağalıb.

Hazırda virus daşıyıcısı olan xəstələrdən 4 136 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.

 

 

Gununsesi.info