Qonşu ölkədə yoluxma azalır

  • By admin
  • 13 Mart 2022 11:41

Gürcüstanda koronavirusa yoluxma sayında ötən günlə müqayisədə azalma müşahidə edilir.

Gununsesi.info gürcü mediasına istinadən xəbər verir ki, son 24 saat ərzində ölkə üzrə 823 yeni yoluxma qeydə alınıb, 1445 nəfər sağalıb.

Beləliklə, bu günədək qonşu ölkədə koronavirus diaqnozu qoyulanların ümumi sayı 1 635 509 nəfərə çatıb. Onlardan 1 585 885 nəfəri isə tam olaraq sağalıb.

Bu gün virusdan 24 nəfərin ölməsi ilə bərabər, ümumilikdə 16 554 nəfər həyatını itirib.

Hazırda ölkə üzrə stasionar nəzarətdə 1 443 nəfər saxlanılır. Son 24 saat ərzində peyvənd olunanların sayı 603 nəfər, ölkə üzrə peyvənd olunanların ümumi sayı isə 2 832 994 nəfərdir.

Xatırladaq ki, ötən gün Gürcüstanda 1 543 yoluxma halı qeydə alınmışdı.

Gununsesi.info