Qonşu ölkələrdə yoluxmalar

  • By admin
  • 01 Mart 2021 12:29

Rusiyada son bir gündə koronavirusa 11 571 yoluxma faktı qeydə alınıb.

Gununsesi.info  “worldometers”ə istinadən xəbər verir ki, son 24 saat ərzində 333 pasiyent ölüb, bununla da vəfat edənlərin sayı 86 455 nəfərə çatıb. Ölkə üzrə ümumilikdə 4 257 650 nəfər koronavirusa yoluxub. İndiyədək 3 823 074 nəfər sağalıb.

Gürcüstanda son 24 saat ərzində daha 160 nəfərdə “COVID-19”un aşkarlanması ilə ölkədə koronavirusa yoluxma halı 270 918-ə çatıb.

Ölkədə sutka ərzində daha 10 nəfərin xəstəlikdən vəfat etməsi ilə ölüm hallarının sayı 3520-yə çatıb. Ümumilikdə sağalanların sayı  265 523 nəfərdir.

Ermənistanda son sutka ərzində daha 158 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb.

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 172 216 nəfərə çatıb. Daha 3 nəfərin vəfatı ilə koronavirusdan ölənlərin sayı 3195-yə çatıb. Ümumilikdə sağalanların sayı 163 511 nəfərdir.

 

Gununsesi.info