Qonşusundan şikayət etdi, döyüldü

Gədəbəydə gənc qonşusu tərəfindən döyülüb.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Qaramurad kəndində qeydə alınıb. 

Belə ki, 20 yaşlı Xəyal Paşayev qonşusu ilə aralarında olan münaqişəyə görə polisə şikayət edib. Bunu bilən qonşu gənci döyüb. 

Nəticədə, ağır xəsarət alan X.Paşayev yaxınları tərəfindən Gəncədəki xəstəxanaların birinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.org