Qonşusunu maşınla əzib öldürdü, 18 il azadlıqdan məhrum edildi

  • By admin
  • 16 Avqust 2016 13:59

meh

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Habil Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Gununsesi.info-nun APA-ya istinadən məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən H. Abbasov 18 il müddətində azadlıqdan məhrum edilib.

Qeyd edək ki, qətl hadisəsi ötən il dekabrın 30-da Qusar rayonu İmamqulu kəndində baş verib. 32 yaşlı kənd sakini Habil Abbasov həmkəndliləri Əliverdi Mirəzyev və Ziyəddin Ağasıbəyovla dalaşıb. Daha sonra Habil Abbasov idarə etdiyi “Opel Zafira” markalı avtomobilini onların üzərinə sürərək əzib.

Avtomobillə vurulan Ə. Mirzəyev hadisə yerində ölüb, Z. Ağasibəyov isə Qusar xəstəxanasına çatdırılıb.

Gununsesi.info