Qonşusunu qısqanan kişi tanışının boğazını kəsdi

  • By admin
  • 28 Fevral 2020 17:16

Rusiyanın Saratov vilayətində kişi tanışının boğazını kəsib.

Gununsesi.org bildirir ki, Vesti.ru-nun xəbərinə görə, 57 yaşlı kişi 36 yaşlı tanışını bıçaqlayıb.

Belə ki, onlar 36 yaşlı kişinin dəvəti ilə içki məclisi qurublar. Həmin məclisdə zərərçəkən 57 yaşlı tanışının qonşusu olan qadına göz salıb.

Bundan qəzəblənən həmin şəxs 36 yaşlı tanışının boğazına bıçaqla zərbə endirib.

Yaralanan kişi evinə qaçıb və orada ölüb.

Hadisəni törədən şəxs tutulub, onun barəsində cinayət işi açılıb.

Gununsesi.org