Qonşusunun evindən oğurluq edən Gəncə sakini tutulub - FOTO

  • By admin
  • 22 Noyabr 2016 15:00

ogru

Keçmiş qonşusunun evindən oğurluq edən Gəncə sakini saxlanılıb.

Gününsəsi.info xəbər verir ki, avqust ayından başlayaraq Göygölün Üçtəpə kəndində Sərxan Qurbanova məxsus fərdi yaşayış evində silsilə oğurluq hadisələri qeydə alınıb. Evdə yaşayan şəxslərin aylardır ölkə xaricində olmasından maksimum yararlanan “qəhrəman” oradan xeyli miqdarda qiymətli məişət əşyaları və kompüter dəstini oğurlayıb. Zərəçərkənlər isə baş verən olaydan bu ilin noyabr ayında xəbər tutublar. Hadisə ilə bağlı məlumat alan Göygöl polisi əməliyyat tədbilərinə başlayıb. Müəyən edilib ki, oğurluğu törədən zərərçəkənin keçmiş qonşusudur. Maddi sübutların bir qisminin  Xəyyam Süleymanovun yaşadığı mənzildən aşkarlanması saxlanılan şəxsin törətdiyi əməldən boyun  qaçırmasına imkan verməyib.  O, sözügedən ünvandan 3 dəfə oğurluq etdiyini eyib. Faktla bağlı cinayət işi başlanıb. İstintaq aparılır. Əvvəllər dələduzluq etdiyi üçün bir dəfə məhkumluq həyatı yaşayan 37 yaşlı Xəyyam Süleymanovun digər cinayət əməllərində iştirak edib-etmədiyi araşdırlır.

ogru1

Gününsəsi.info