SSRİ-nin yeganə prezidenti Mixail Qorbaçovun 1990-cı illərdə ABŞ-ın “Pizza Hut” restoranlar şəbəkəsinin reklamında rol almağının səbəbi məlum olub.
Gununsesi.org xəbər verir ki, “The foreign Policy” nəşrinin müxbiri Pol Masqreyv bildirib ki, Qorbaçovun reklamda iştirak etməsinin səbəblərindən biri pula ehtiyacı idi. Keçmiş sovet rəhbərinə böyük bir pensiya təyin olunmuşdu, lakin 1994-cü il hiperinflyasiya onu ayda iki dollara endirdi. Bundan əlavə, Qorbaçov Fondu Rusiyanın o vaxtkı Prezidenti olmuş Boris Yeltsinə qarşı idi.
O zamanlar isə “Pizza Hut” xüsusən də Rusiya bazarında genişlənirdi. Digər pizza restoranları ilə yüksək rəqabət reklam kampaniyasını böyük məbləğdə pul xərcləməyə məcbur edib. Qorbaçov iki şərtlə çəkilməyə razı olub: videonun son ssenarisini şəxsən özü təsdiqləyəcək və kadrda pizza yeməyəcək. O, bunu keçmiş dövlət başçısı olmağı ilə əsaslandırıb. Nəticədə, nəvəsi Anastasiya Qorbaçovla bir reklam çarxında rol alıb.
Qorbaçovun reklamdakı roluna görə aldığı qonorar barədə rəsmi məlumat yoxdur. Ancaq nəşrin hesablamalarına görə, siyasətçi 2019-cu ilin qiymətləri ilə müqayisədə təxminən bir milyon dollar əldə edib.
Qeyd edək ki, Mixail Qorbaçovun rol aldığı reklam 1997-ci ildə çəkilib. Videoda müştərilər keçmiş Sovet Prezidentinin siyasətinin nəticələri barədə mübahisə edir, fəaliyyətinə ziddiyyətli qiymətlər bildirirlər. Sonda artıq Qorbaçovun sayəsində pizza yeyə bildikləri ilə razılaşırlar.