
Çində zooparkda lentə alınan görüntü sosial şəbəkədə böyük əks-səda doğurub. Görüntüdə insan kimi dik yeriyən qorilla diqqət çəkib. Çində zooparkda olan qorilla sosial şəbəkədə böyük təsir bağışlayıb. Zooparkda gəzən şəxs qorillanın dik getdiyini görüb mobil telefonunu çıxararaq video çəkib.
Viral videoda qorillanın eynilə insan kimi yeriməsi diqqət çəkib. Sosial şəbəkələrdə bəzi istifadəçilər bunun doğru ola bilməyəcəyini və onun meymun paltarı geyinmiş mühafizəçi olduğunu düşündüklərini bildiriblər.
Çin mediası görüntülərdəki canlının həqiqətən də qorilla olduğunu yazıb. Bəzi istifadəçilər, “Şübhəsiz ki, bu, onların ələ keçirməmişdən əvvəl təkamülünün son addımıdır” şərhini yazıb.
Gununsesi.info