QOROSKOP – 20 noyabr

  • By admin
  • 20 Noyabr 2020 10:02

Qoç – yaşam arealınızı daha da rahat edin. Yenilik və innovasiyalara marağınız artır. İmicinizlə eksperimentlər edə bilərsiniz.

Buğa – bir zamanlar xətrinə dəydiyiniz insanlarla barışın. Onlar sizə can atırlar. Yardıma ehtiyac duyan insana dəstək olun. Bəzi insanlara real kömək edə bilərsiniz. Gün sizi usandıra, yora bilər.

Əkizlər – hər şeyə rəğmən axşam saatlarınadək xoş əhvalınızı qoruyun. Günün ikinci yarısında qarşınızda yeni perspektivlər açılır.

Xərçəng – əla nəticələrə nail olmaq, cəsarətli eksperimenti realaşdırmaq şansları yaranır. Yaxınlarınızla ünsiyyətdə səmimi olun.

Şir – interyerdə kiçik, amma xoşagələn yeniliklər etmək olar. Ciddi, əsaslı təmirə də başlamaq olar.

Qız – yaxınlarınızı unutmayın. Onlar sizdən pozitiv enerji gözləyirlər. Yaşam arealında rekonstruksiya və dəyişikliklər üçün əlverişli zamandır.

Tərəzi – gün yaxşı əhval vəd edir. Problemlər, təlaş və əndişələr azalır. Özünüzü əmin hiss edin, gələcəyə nikbinliklə baxın. Yaxın ətrafınızdakı insanlarla münasibətlərdə qarşılıqlı anlaşma və harmoniyaya nail olmağa çalışın.

Əqrəb – başlayacağınız işdə aktiv olun. Yardımçılarınız olacaq, sizi tək qoymayacaqlar. Alış-veriş etmək olar. Mobil qacetlər, nəqliyyat vasitəsi, məişət texnikası almaq üçün əlverişli zamandır.

Oxatan – asudə, xoşagələn, maraqlı gündür. Yaşanacaq hadisələr əhvalınızı yaxşılaşdırmaqla yanaşı, yeni ruh verəcək. Bütün bunlar qarşınızda yeni imkanlar və perspektivlər açır.

Oğlaq – enerjili, özünüzə əmin olun. Qətiyyətli hərəkətlər edin, qərarlar qəbul edin. Dövlət qurumları, xüsusilə də hüquq-mühafizə orqanlarının əməkdaşları ilə təmaslar üçün əlverişli vaxt deyil.

Dolça – maraqlı, qeyri-adi gündür. Həyatınızda köklü, əhəmiyyətli dəyişikliklər etmək, çoxdan bəri can atdığınız məqsədə çatmaq imkanları var. Sizə mane ola biləcək yeganə ünsür həddən artıq ətalətli və süst davranışdır.

Balıqlar – dostlar, köhnə tanışlar, uzaq qohumlardan biri ilə planlaşdırılmamış görüş mümkündür. Bütün bunlar sizi sevindirəcək, əhvalınızı yaxşılaşdıracaq.

Gununsesi.org