QOROSKOP – 24 dekabr

  • By admin
  • 24 Dekabr 2020 10:17

Qoç – dostlar və yaxınlarla yanaşı, nüfuzlu şəxsin dəstəyinə bel bağlaya bilərsiniz. Yeni tanışlarınızın rəğbətini asanlıqla qazanırsınız. Təmaslarda diqqətli olun. Mühüm sənədlər imzalamaq, danışıqlar aparmaq olar.

Buğa – işlər məcrasında olmasa belə, planlarınızdan imtina etməyin. İradəli və qətiyyətli olsanız, gün uğurludur. İşdə rəhbərlik və həmkarlarla fikir ayrılıqları yarana bilər.

Əkizlər – israr və təkidlərə rəğmən mövqeyinizi müdafiə edin. Hadisələrin inkişaf məcrası sizin haqlı olduğunuzu, opponentlərinizin isə haqsızlığını göstərəcək.

Xərçəng – planlaşdırılmamış səfər və ya səyahət uğurlu ola bilər. Yeni tanışlarla asanlıqla dil tapırsınız. Bu yaxınlara qədər bədxahlarınızı dəstəkləyən insanı öz tərəfinizə çəkə bilərsiniz. Axşam saatlarında diqqətli olun.

Şir – çətin, qarışıq, mürəkkəb gündür. İşdə ciddi problemlər yarana bilər. Ciddi maliyyə itkiləri istisna deyil. Fəaliyyətinizdə ehtiyatlı olun. Mühüm sənədlərin imzalanmasını təxirə salın

Qız – müttəfiqlərin yardımlarına bel bağlaya bilərsiniz. Onlar gərəkli anda köməyinizə gələcək, yaxşı məsləhət verəcəklər. Yeni, məhsuldar əməkdaşlığın başlanması mümkündür.

Tərəzi – sərt və aqressiv danışmayın. Yəqin etmədiyiniz məqamla bağlı açıqlamalar verməyin. Əks təqdirdə yaxınlarınızla münasibətlərdə problemlər yaranacaq. Münaqişə yaratmayın. Çünki münaqişə yaranarsa, çox davam edəcək.

Əqrəb – gəlir və uğurlu sərmayə istisna deyil. Əvvəllər əxz etdiyiniz təcrübə günün ikinci yarısında karınıza gələcək.

Oxatan – hakimiyyət orqanlarının mənsubları ilə təmaslar üçün əlverişli zamandır. Sənədləşdirmə, hüquqi məsələlərin həlli ilə məşğul olmaq olar. İşdə rəhbərliklə münasibətlər normaldır. Peşəkarlıq və işgüzar məziyyətlərinizi nümayiş etdirmək imkanlarını əldən verməyin.

Oğlaq –  qarşınızda yeni imkanlar, cazibədar perspektivlər yaranır. Fəqət, qələbənin asanlıqla əldə olunacağını düşünməyin. İrəliləmək üçün zəhmət çəkmək gərəkdir.

Dolça – həssas, güzəştlərə hazır olsanız, yaxınlarınızla münaqişədən yayına bilərsiniz. Mövqeyinizi müdafiə edərkən ətrafınızdakı insanların dediklərinə qulaq asın. Onların dediklərində məntiq var.

Balıqlar – bu gün yaşamınızda köklü dəyişikliklərə səbəb ola biləcək taleyüklü qərarlar verməyin. Mühüm görüş və ya danışıqlar planlaşdırılıbsa, etibar etdiyiniz insandan, müttəfiqdən dəstək alın. Vaxta qənaət etməyin.

Gununsesi.org