Qorxduğumuz başımıza gəldi – Parsyan

  • By admin
  • 15 Noyabr 2021 12:09

“Təəssüf ki, qorxduğumuz başımıza gəldi və həmin şey gerçəkləşdi”.

Gununsesi.info erməni mediasına istinadla xəbər verir ki, bunu Qafan şəhərinin meri Gevorq Parsyan bu gecə Çakaten kəndində Azərbaycan nəzarət-buraxılış məntəqəsinin yaradılması ilə bağlı danışarkən deyib. O bildirib ki, hazırda Qafan meriyası ciddi problemlə üz-üzədir:

“Bu, bizim üçün çox ciddi problemdir, çünki həmin istiqamətdəki yaşayış məntəqələrinin durumu postların qurulmasından sonra çox ağırlaşıb. Ümumiyyətlə, indi həmin yol bağlanıb. Yeganə alternativ yol Mehri şəhərindən keçir. 90-cı illərdə tikilmiş yeganə qısa alternativ yol meşədən keçir və çox çətin keçilən yoldur ki, orada da çox iş görülməlidir. Sabahdan artıq biz o 6 kəndin sakinlərini düşünməliyik”.

Parsyanın sözlərinə görə, həmin 6 kənddə 600-700 nəfərə yaxın insan yaşayır:

“Bu məsələnin həll olunacağına əminəm. Vorotan istiqamətində Azərbaycanın gömrük məntəqəsinin yaradılmasından artıq 2 gün keçir. İndi orada digər işlər aparılır. Biz Paşinyan hökuməti ilə indiki məqamda əməkdaşlıq etməyə məcburuq. Birgə fəaliyyət göstərib məsələni həll etməyə çalışacağıq”.

Gununsesi.info