Çində bir qızın oynadığı kiçik oğlanı quyuya atdığı anlar təhlükəsizlik kameraları tərəfindən saniyə-saniyə lentə alınıb.
Gununsesi.info xəbər verir ki, görüntülər qısa zamanda ən çox baxılan videolardan birinə çevrilib.
Çində baş verən hadisə insanları heyrətləndirib. Təhlükəsizlik kameraları tərəfindən anbaaan qeydə alınan hadisədə qızın oynadığı 4 yaşlı uşağı qucaqlayaraq quyuya atdığı görünür.
Uşağı quyuya atdıqdan sonra uzaqlaşan qız bir müddət sonra hadisə yerinə qayıdıb. Qorxu filmlərini xatırladan görüntülər qısa zamanda sosial mediada ən çox baxılanlar sırasına düşüb.
Yoldan keçən vətəndaş vəziyyəti görəndən sonra hadisə yerinə çağırılan qruplar quyuya atılan uşağı xilas edə bilib.
Gununsesi.info