ABŞ-ın İsrailə dəstəyinin təkcə hərbi sursatla təmin olunmayacağı, Amerika xüsusi təyinatlılarının Qəzzada girovların xilas edilməsi əməliyyatlarına qatılacağı iddia edilib.
Gununsesi.info xəbər verir ki, HƏMAS-a müharibə elan edən İsrailə dəstək üçün bölgəyə döyüş gəmisi və sursat dolu təyyarə göndərən ABŞ bundan artığını etməyə hazırlaşır.
Amerikanın “Messenger” xəbər saytının iki ordu rəsmisinə əsaslanan məlumatına görə, Pentaqon HƏMAS-ın əlində olan girovları xilas etmək üçün bölgəyə xüsusi bölmələr yerləşdirməyə hazırlaşır.
HƏMAS-ın 150-dən çox israillini girov götürdüyü və Qəzzaya qaçırılanlar arasında təxminən 20 amerikalının olduğu təxmin edilir.
İddialara görə, Avropadakı bazalarda yerləşdirilən Amerika xüsusi təyinatlıları artıq döyüş hazırlığı vəziyyətinə gətirilib.
Əməliyyatda iştirak etdiyi iddia edilən elit “Delta Forces” və donanmanın “Seal bölmələri” girovların xilas edilməsi əməliyyatları üzrə mütəxəssisdir.
Bildirilib ki, əmr gələrsə, qoşunlar saatlar ərzində İsraildə əməliyyata başlaya bilərlər.
Həmas hücumlarından sonra bir qrup amerikalı ekspert kəşfiyyat məlumatlarını bölüşmək və mümkün girovların xilas edilməsi əməliyyatını planlaşdırmaq üçün İsrailə gedib.
Vaşinqton həmçinin İsrailə dəstək üçün Amerika Hərbi Dəniz Qüvvələrinin ən yeni və ən qabaqcıl təyyarədaşıyan gəmisi “USS Gerald R. Ford”u bölgəyə göndərib.
Dünyanın ən böyük döyüş gəmisi 90 təyyarə daşımaq gücünə malikdir.
“USS Dwight D. Eisenhower” təyyarədaşıyan gəmisi də əvvəlcədən planlaşdırılmış missiyasının bir hissəsi olaraq Avropaya yola düşüb. Pentaqon bildirib ki, lazım gələrsə, gəmi İsrail sahillərinə yerləşdirilə bilər.
Səid Əhmədli
Gununsesi.info