QORXUNC STATİSTİK: Dünyada koronavirusa yoluxanların sayı 5 milyona çatır

  • By admin
  • 20 May 2020 10:37

Bugünkü statistikaya görə dünya üzrə koronavirusa yoluxanların sayı 5 milyona yaxınlaşmaqdadır.

Gununsesi.org bildirir ki, Ümumdünya Səhiyyə Təşkilatının statistikasına əsasən, hazırda dünyada 4 milyon 989 mindən çox insan koronavirusa yoluxub. 324 966 insan Covid-19 virusu səbəbi ilə dünyasını dəyişib.

Karantin rejiminin tətbiq olunmadığı Braziliya bu gün dördüncü yerdə qərarlaşıb. ABŞ uzun müddətdir ki, siyahıya liderlik edir, Rusiya isə yoluxanların sayına görə ikinci yerdədir.

Qonşu ölkələrdən İran və Türkiyə ilk onluqdadır. 11-ci yeri isə Hindistan tutub.

 

Gununsesi.org