QORXUNC STATİSTİKA: Koronavirus yüksək sürətlə yayılır – Dünyada yarım milyona yaxın insan...

  • By admin
  • 26 Mart 2020 10:07

Dünyada koronavirusa yoluxanların sayı 470 min 417 nəfərə çatıb, 21 min 295 nəfər isə xəstəlikdən dünyasını dəyişib.

Gununsesi.org Oxu.az-a istinadən xəbər verir ki, bu haqda Ümumdünya Səhiyyə Təşkilatı bəyanat verib.

Koronavirusa ən çox insan Avropada yoluxub – 220 min nəfər. Həmçinin xəstəlikdən ən çox insan məhz Avropada vəfat edib (12 min nəfər).

Qeyd etmək lazımdır ki, xəstəliyə ən az yoluxma (1644 nəfər) və onun səbəbindən ölüm halları (29 nəfər) Afrikada təsbit edilib.

Ötən gün ərzində Laos və Liviya ilk yoluxma barəsində məlumat yayıb.

Gununsesi.org