Qoşqar Təhməzli: “Azərbaycanda sahibkarlar beynəlxalq standartlara uyğun məhsul istehsal edirlər”

  • By admin
  • 08 İyun 2023 11:39

“Azərbaycanda son dövrlərdə zoonoz xəstəliklər 2,3 faizə qədər azalıb”.

Gununsesi.info xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli “Heydər Əliyev və Azərbaycan sahibkarlığı” adlı yerli şirkətlərin tanıtım sərgisində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, 2018-ci ilə nisbətən sahibkarların istehsal etdiyi məhsullarda qeyri-kafi nəticələrin əldə olunması 2022-ci ildə 0,5 faizə qədər azalıb.

“2018-ci ildə qeyri-kafi nəticələr 11 faiz idi. Bu o deməkdir ki, Azərbaycanda qida sektorunda sahibkarlar beynəlxalq standartlara uyğun məhsul istehsal edirlər”.

Gununsesi.info