“Bu gün lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunub. Bu barədə Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən qoşunlara müvafiq tapşırıq verilib”.
Gununsesi.info xəbər verir ki, bunu brifinqdə çıxışı zamanı nazirliyin Mətbuat xidmətinin rəisi polkovnik Anar Eyvazov deyib.
A.Eyvazov qeyd edib ki, hazırda silahlı qüvvələr tərəfindən verilmiş tapşırıqlar icra olunur.
Gununsesi.info