
Qazax rayonu istiqamətində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq baş tutub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, aprelin 27-də Azərbaycan və Ermənistan dövlət sərhədinin Qazax rayonu ərazisində qoşunların qarşıdurma xəttində monitorinq keçirib.
Qeyd edək ki, monitorinq insidentsiz başa çatıb.
Anar
Gununsesi.info