Xəbər verdiyimiz kimi, Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin qrant müsabiqəsinin nəticələri bir sıra QHT rəhbərləri tərəfindən narazılıqla qarşılanıb. Həmin QHT rəhbərlərinin bəziləri verilən qrantların azlığından, bəziləri isə bu müsabiqədən kənarda saxlanılmalarından şikayət edərək Prezident Administrasiyasının qarşısına toplaşıblar.
Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin rəhbəri Rada Abbasova Gununsesi.info-ya danışıb.
O, bildirib ki, QHT Agentliyi tərəfindən haqsızlığa məruz qalıb: “Mən Laçın dəhlizində rus əsgərləri ilə üz-üzə qaldım. Hər an məni güllələyə bilərdilər. Bu qədər sınaqdan çıxan bir adama bu haqsızlıq edilib. Bizim layihəmiz dəyərli layihə idi. Ermənistanın girovluğunda olmuş yeniyetmə qızlarımızla onlara olunan təcavüzlər və atası bəlli olmayan övladları ilə bağlı “Məhv edilmiş həyat” filminin çəkilişi nəzərdə tutulmuşdu. Dünya ictimaiyyətinə təqdim olunacaqdı. Rus, ingilis fransız dillərinə tərcümə edilməli idi”.
Şəbnəm
Gununsesi.info